Menu

Paşinyanın silahdaşları komitə sədrini vəzifədən qovurlar - Səbəb açıqlanmır...

29.10.2024, 18:37
Paşinyanın silahdaşları komitə sədrini vəzifədən qovurlar - Səbəb açıqlanmır...

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının bir sıra üzvləri Baş nazir Nikol Paşinyanın iştirakı ilə Andranik Köçəryanın Müdafiə Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılması məsələsini qaldırmağa hazırlaşırdılar.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, fraksiya nümayəndələrinin bir çoxu, o cümlədən əsas üzvləri Köçəryanın istefaya göndərilməsinin tərəfdarıdır. Lakin bu məsələnin hələ də Paşinyanla müzakirəsinə ehtiyac var. Köçəryan da komanda yoldaşlarının niyyətindən xəbərdardır.

Hazırda onun vəzifədən çıxarılmasının əsasları hələ dəqiq müəyyən edilməyib. Yerli media yazır ki, Köçəryanın istefaya göndərilməsinin əsasları məlum deyil, qərar əslində Baş nazirdən asılıdır.

İddialara cavab verən Köçəryan bu gün bildirib ki, onda belə bir məlumat yoxdur. “Mənbə tapılmalıdır. Belə bir gündəmin olmasından xəbərim yoxdur”, - Köçəryan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Kimitənin dünən saat 19:00-a planlaşdırılan iclası Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələrinə görə baş tutmayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol