Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
133 saylı sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Belə ki, Mehdiyev Əkbər Ağamalı oğlu idarə etdiyi "Karsan" markalı avtobusla işıqforun qırmızı işığında dayanmayaraq hərəkətə davam edib. İşıqforun yaşıl işığında Binəqədi şossesi istiqamətində hərəkətə başlayan "Opel-Corsa" markalı avtomobillə, “Opel Carsa” da "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərlə toqquşaraq zəncirvari qəza edib.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılaraq sıxılmış vəziyyətə düşüb. “Opel”dəki iki nəfər – 39 yaşlı Əyyubov Afər Mirzəxan oğlu və onun yaşıdı Məmmədov Cavid Mahir oğlu hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Report)


Şərhlər