Menu

“Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirəcək” – Dəqiq vaxtı o müəyyən edəcək

30.10.2024, 17:26
“Şimali Koreya qitələrarası ballistik raketini sınaqdan keçirəcək” – Dəqiq vaxtı o müəyyən edəcək

Şimali Koreyanın noyabr ayında qitələrarası ballistik raketin buraxılması üçün hazırlıq işlərini tamamladığı iddia edilib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Kəşfiyyat İdarəsinin rəsmiləri milli parlamentdə deputatlara məlumat veriblər. Brifinqdən sonra mətbuata açıqlama verən Cənubi Koreyalı deputatlar Şimali Koreyanın 5 noyabrdakı ABŞ seçkilərindən əvvəl və ya sonra bu sınağı həyata keçirə biləcəklərini deyiblər.

Hazırlıqların demək olar ki, başa çatdığını deyən deputatlar sınağın dəqiq vaxtının Şimali Koreya lideri Kim Çen In tərəfindən müəyyən ediləcəyinə əmin olduqlarını vurğulayıblar

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol