Menu

“Hizbullah”ın elit bölmələrinin komandirlərindən biri öldürülüb - İsrail ordusu

30.10.2024, 20:02
“Hizbullah”ın elit bölmələrinin komandirlərindən biri öldürülüb - İsrail ordusu

İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı “Hizbullah”ın elit bölməsi olan “Əl-Hacı Radvan Qüvvələri”nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.

Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada “Əl-Hacı Radvan Qüvvələri” bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.

Qeyd olunub ki, Şahadinin öldürülməsi “Əl-Hacı Radvan Qüvvələri”nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol