Nəim Qasim "Hizbullah"ın İsrail ilə müharibəni davam etdirməsini istəyir.
"AzPolitika" xəbər verir ki, bu barədə onun özü məlumat verib.
"Hizbullah"ın yeni baş katibi tabeliyində olan silahlı qüvvələrin müharibəni günlər, həftələr və aylarla davam etdirməyə hazır olduqlarını vurğulayıb.
"İki milyon israilli raketlərimizə görə təşviş içindədir. Diplomatik təmaslarımız Netanyahunun hədəf alındıqdan sonra çox qorxduğunu təsdiqləyir",-deyə o, qeyd edib.
Qeyd edək ki, Həsən Nəsrullahın ölümündən sonra Livan mərkəzli "Hizbullah" təşkilatına Nəim Qasım rəhbərlik edir.
"AzPolitika.info"


Şərhlər