Menu

İspaniyada daşqınlar nəticəsində 104 nəfər ölüb

31.10.2024, 18:24
İspaniyada daşqınlar nəticəsində 104 nəfər ölüb

İspaniyada intensiv yağışlar və sel nəticəsində azı 104 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mançada (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.

Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin sakinləri evlərini tərk etməməyə çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol