Menu

Rusiya İranla hərbi-strateji saziş bağlayacaq – Lavrov açıqladı

31.10.2024, 18:47
Rusiya İranla hərbi-strateji saziş bağlayacaq – Lavrov açıqladı

“Qərb Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iştirakla bağlı israrla öz xidmətlərini təklif edir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Minskdə başlayan Avrasiya regionunun təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda deyib.

Rusiya xarici işlər naziri Moskva və Tehranın hərbi əməkdaşlığı dərinləşdirməyə hazırlaşdığını da açıqlayıb.

“Hazırda hazırlanmaqda olan və yaxın gələcəkdə imzalanacaq müqavilə Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amilə çevriləcək. Orada müdafiə sahəsində daha sıx əməkdaşlığı inkişaf etdirmək niyyəti qeyd olunacaq”, - Lavrov bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol