Menu

Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var

31.10.2024, 22:02
Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var

Gədəbəydə yük avtomobili aşıb, ölən və yaralanan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ərtəpə kəndində qeydə alınıb.

"QAZ-53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, 1975-ci il təvəllüdlü Məzahir Bağırov dünyasını dəyişib.

Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamil Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol