“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin genişlənməsinə imkan verməzdi”.
“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CBS News telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, o (Tramp -Qeyd) 2022-ci ildə prezident olsaydı, Rusiya yəqin ki, müharibəyə başlamazdı”, - deyə siyasətçi bildirib.
B. Conson həmçinin Trampın siyasi gələcəyinə müsbət yanaşdığını bildirib. O, Ağ Evin rəhbəri postuna namizədi sərt, lakin uzaqgörən siyasətçi hesab edir.


Şərhlər
Doğurdanda özlərinə məxsus siyasətçilərdir bu ingilislər,Tramp bunlardan olmadığına görə biraz narahatdırlar amma kimliyindən aslı olmayaraq anqlo-sakslar MKİ-sinin əliylə necə lazımdır ABŞ-nı cilovlaya bilirlər,hətta suyu qəsd etməklədə.