Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.


Şərhlər
Ərzaq,xidmət,cərimələrin 28-50 faiz artımında bu 7 faiz hansı işə yarar? Bunu hökumət niyə düşünüb lazımi tədbir görüb süni bahalaşmanın qarşısını almır?