Menu

"Delimitasiya haqqında reqlament hər iki dövlətin qələbəsidir" - Alen Simonyan

04.11.2024, 15:43
"Delimitasiya haqqında reqlament hər iki dövlətin qələbəsidir" - Alen Simonyan

Ermənistan və Azərbaycan Tavuş istiqamətində delimitasiya yekunlaşdıqdan sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyinin müzakirə edir.

APA-nın “armenpress”ə istinadən xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.

Bununla belə o, sözügedən məsələ ilə bağlı yekun qərarın hələ mövcud olmadığını vurğulayıb. A. Simonyan Sərhədlərin Delimitasiyası üzrə komissiyaların reqlamentinə də toxunub:

“Mən düşünürəm ki, komissiyaların fəaliyyəti haqqında reqlament dövlətlər arasında imzalanmış ilk sənəd olduğu üçün hər iki tərəfin qələbəsidir. Onun reallaşması həm Ermənistan, həm də Azərbaycanın ərazi bütövlüyü məsələsində əsas elementlərdən biridir. Biz bu məsələdə irəliyə doğru addımlamaqda davam edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol