Menu

Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO

04.11.2024, 20:20
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO

Tbilisidə müxalif partiyalar 26 oktyabr parlament seçkiləri ilə əlaqədar parlament binası qarşısında etiraz aksiyası keçirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, mitinqi "Birlik-Milli Hərəkat", "Dəyişiklik Koalisiyası" və "Güclü Gürcüstan" koalisiyaları təşkil ediblər.

Aksiya ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.

Mitinq çərçivəsində müxalifət partiyalarının fəaliyyət planı bəyan ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol