Menu

Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

05.11.2024, 00:01
Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol