Menu

"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

06.11.2024, 21:40
"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb. "Report"un məlumatına görə, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol