Menu

Erməni deputat döyüldü - Foto

11.12.2014, 22:13
Erməni deputat döyüldü - Foto

Müxalifətçi deputat evinin yaxınlığında hücuma məruz qalıb

Ermənistanda müxalifətçi deputatlardan biri döyülüb.

ANS PRESS-in məlumatına görə, İrəvanda naməlum şəxs Ermənistan milli konqresinin parlament fraksiyasının katibi Aram Manukyana hücum edib və onu yumruqlamağa başlayıb.

Hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb.

Hazırda polis əməkdaşları həmin ərazidə yoxlamaalar aparırlar.

Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol