Menu

"Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük" - Emin Əmrullayev

12.11.2024, 21:33
"Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük" - Emin Əmrullayev

2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbəqədər təhsilin keyfiyyətində əsaslı şəkildə artım müşahidə olunur:

"Məktəbəqədər təhsilin nəticəsini iki ilə görə bilmərik. Bunun nəticəsini 13 ildən sonra, yəni şagird doqquzuncu sinfi bitirəndə görmək olar. 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük".

Nazir qeyd edib ki, bir çox ixtisasların içində ətraf mühit təhsili ilə bağlı materiallar olmalıdır:

"İqlimlə bağlı ixtisasların içində olmalıdır. Bununla bağlı işlərimiz davam edəcək. Həm ətraf mühit təhsili, həm də bununla bağlı yaşıl peşələr nəzərdə tutulur”.

Şərhlər

Əmrullayevə 2024-11-13 09:25:50

Təhsildə rdilən "islahatların" nəticəsi universitet dipıomu satılan gənclərin dİplomlu fəhlə,haambal işləmələri, gəclərin savadsızqalmaları,,orta təhsilin təşkilinin,dərsliklərin və təhsilin təşkilinin uyğunsuzluğu ,baş verən rüşvət və pullu təhsiıdə soyğunşuluğun etdiyiniz başə pozuq,anlaşılmaz "islahatların" nəticısi deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol