Menu

Özbək müxalifətçi öldürüldü (VİDEO)

12.12.2014, 08:15
Özbək müxalifətçi öldürüldü (VİDEO)

Buxari məscidə gedərkən naməlum şəxs tapançadan atəş açaraq onu vurub

Türkiyənin İstanbul şəhərində yaşayan özbək müxalif Abdullah əl Buxari naməlum şəxs tərəfindən qətlə yetirilib.

ANS PRESS-in məlumatına görə, Buxari məscidə gedərkən yanına yaxınlaşan şəxs tapançadan bir dəfə atəş açaraq onu vurub.

Ağır yaralanaraq “Cərrahpaşa” tibb fakultəsi xəstəxanasına çatdırılan Abdullah əl Buxarinin həyatını xilas etmək mümkün olmayıb.

Yerli mətbuat Özbəkistan müxalifətçisi olduğu bildirilən Buxarinin 12 ildir İstanbulda yaşadığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol