Menu

Aİ-nin Rusiyaya qarşı daha bir sanksiyalar paketi 2025-ci ildə qəbul edilə bilər

15.11.2024, 09:12
Aİ-nin Rusiyaya qarşı daha bir sanksiyalar paketi 2025-ci ildə qəbul edilə bilər

Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi 2025-ci il fevralın 24-dək qəbul edilə bilər.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Sözügedən paketə ticarətə əlavə məhdudiyyətlər, habelə Rusiya kənd təsərrüfatı məhsullarına rüsumlar daxil edilə bilər.

Agentlik qeyd edir ki, son aylar Macarıstanın danışıqlar zamanı veto hüququndan tez-tez istifadə etməsi səbəbindən Aİ üçün anti-Rusiya sanksiyalarının təsdiqini əldə etmək getdikcə çətinləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol