Menu

Bakıda daha dörd avtobus marşrutunun fəaliyyəti bərpa ediləcək

15.11.2024, 09:27
Bakıda daha dörd avtobus marşrutunun fəaliyyəti bərpa ediləcək

18 noyabr 2024-cü il tarixindən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək.

“AzPolitika” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Qeyd edilib ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol