Abxaziya separatçılarının başçısı Aslan Bjaniya beşinci gündür davam edən etirazlar fonunda Rusiya ilə investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsini geri götürmək qərarına gəlib. Bjaniyanın "mətbuat xidmətinin" bəyanatında deyilir ki , qərar vəziyyəti sabitləşdirmək üçün verilib .
“Deputatlar” bu gün, noyabrın 15-də deputatlar ratifikasiya layihəsinə baxmalı idilər. «Parlament» binası yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən iclas təxirə salınıb.
Müxalifət hesab edir ki, qanun rusiyalı iş adamlarına Abxaziyada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə imkan verəcək. Sənədə qarşı çıxanların əsas şikayəti Abxaziyaya büdcə gəlirlərinin üçdə birini gətirən turizm sahəsində kiçik biznesin maraqlarının pozulmasıdır.

Bu arada etirazçıların “parlament”in binasının pəncərələrindəki barmaqlıqları sındıraraq içəri daxil olduqları bildirilir.
TASSisə xəbər verir ki , müxalifət nümayəndələri Abxaziya “prezidentinin” administrasiyasının binasına daxil olub.
Etirazçılar binanı nəzarətə götürüblər. Sonradan onlar bütün hökumət binaları kompleksini, o cümlədən respublikanın “prezident administrasiyası”, “Nazirlər Kabineti” və “parlament”in binalarını nəzarətə götürə biliblər.
Aksiya zaman xeyli sayda insanın yaralandığı da qeyd edilir.
“AzPolitika.info”
****
Gürcüstanın separatçı Abxaziya regionunda etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb.
“AzPolitika” xəbər verir ki, Rusiya hüquqi şəxslərinin regionda investisiya layihələrinin həyata keçirilməsinə dair hökumətlərarası Abxaziya-Rusiya sazişinin ratifikasiyasına etiraz edən “müxalifət” nümayəndələri avtomobillərlə “parlamentin” dəmir məhəccərlərini qıraraq içəri daxil oublar.
Etirazçılar “hüquq-mühafizə orqanlarının əməkdaşlarına” daş və çubuqlar atmağa başlayıblar.
Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğunu bildirilir.
“Abxaz hakimiyyəti” noyabrın 15-də Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmaq niyyətində idi. Etirazçılar bu razılaşmanı “Abxaziyanın maraqlarına xələl gətirərək Moskvanı razı salmaq cəhdi” adlandırırlar.
Bu arada etirazçılar sessiya keçirməyi və layihənin təsdiqinin “əleyhinə” səs verməyi tələb ediblər.
TASS xəbər verir ki, Suxumidə Abxaziya “parlamenti”nin binası yaxınlığında atışma səslərinə bənzər səslər eşidilib.
“Teleqram” kanalları hadisə yerində qazdan istifadə edildiyini iddia edir.
— Newsfeed (@Newsfeed883920) November 15, 2024
— Newsfeed (@Newsfeed883920) November 15, 2024
— Newsfeed (@Newsfeed883920) November 15, 2024
“AzPolitika.info”


Şərhlər
Allah Qüvvət Versin !