Menu

Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb

15.11.2024, 16:12
Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb

Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.

Faktla bağlı araşdırma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol