Menu

Türkiyə hərbçiləri İraqın şimalında doqquz terrorçu öldürüb

15.11.2024, 16:32
Türkiyə hərbçiləri İraqın şimalında doqquz terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi növbəti əməliyyat nəticəsində doqquz terrorçu ölüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı Qara və Hakurk bölgələrində keçirilən əməliyyat zamanı doqquz terrorçu öldürülüb.

“Yerləşdikləri yerdən asılı olmayaraq, əsgərimizin nəfəsi daim terrorçuların ənsəsində olacaq”, - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol