Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinə zəng etməsini sərt tənqid edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Conson işğalçı dövlətlə bu cür təslimçi əlaqələri uitancverici adlandırıb.
Onun fikrincə, belə danışıqlar “gerçəkliyin utanc verici təhrifidir”. Conson “Ukraynanın mövqeyinin genişmiqyaslı və sürətlə gücləndirilməsini” təklif edib: "Biz Rusiya və Ukraynanı daxili münaqişənin bərabərhüquqlu iştirakçıları kimi qəbul edən dəhşətli Franko-Alman “Normandiya format”na qayıtmaq riski ilə üzləşirik".
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Şoltsu Putinə zəng etdiyi üçün tənqid edib və Ukarynanın növbəti “Minsk-3” sazişinə getməyəcəyini deyib.
“AzPolitika.info”


Şərhlər
Bu bədbəxt oğlu güya siyasətçidir,daha başa düşmür ingilis siyasəti bu gün dünyada dalana dirənib,dünya bilir almaniya ingiltərənin razılığı olmadan rusyanın hansısa bir rəsmisilə danışıq apara bilməz nəinki putin qağamızla.
səndən heç kim sorucmadıki razısan ya yox muharibəni başladanlar özləri vaxtı çatanda bitirəcək