Menu

Obama MKİ-də işgəncələr haqda məlumatı şərh etməkdən imtina etdi

12.12.2014, 09:51
Obama MKİ-də işgəncələr haqda məlumatı şərh etməkdən imtina etdi

ABŞ prezidenti Barak Obama biznes nümayəndələri ilə görüşdə Mərkəzi Kəşfiyyat İdarəsində işgəncələr haqqında əvvəllər dərc olunmuş məruzəni şərh etməkdən imtina edib.

"Trend" RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Xatırladaq ki, Senatın kəşfiyyat üzrə komitəsi çərşənbə axşamı 6 min səhifədən ibarət olan məruzədən 500-dən artıq səhifəni açıqlayıb. Orada prezident Corc Buş zamanında Mərkəzi Kəşfiyyat İdarəsində bir sıra sui-istifadə haqqında, o cümlədən işgəncələr, hakimiyyət və cəmiyyətin dezinformasiyası də daxil olmaqla, həmçinin terrorizmdə şübhəli bilinən ən azı 26 nəfərin qanunsuz saxlanılması barədə bildirilir.

Bununla belə, çərşənbə axşamı, Senatda məruzəsi təqdim olunan zaman, Obama əvvəlcədən yazılmış videomüraciətdə bildirib ki, "xüsusi xidmət orqanlarının bəzi metodları amerikalıların mənəvi dəyərlərinə ziddir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol