Menu

"Artıq geriyə, normallığa dönüş yoxdur” - "Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır"

18.11.2024, 13:57
"Artıq geriyə, normallığa dönüş yoxdur” - "Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır"

“Rusiyanın bütövlükdə nəyləsə bağlı danışıq aparmaq niyyətinin olduğunu düşünmək sadəlövhlükdür”.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın keçmiş baş hərbi və kəşfiyyat müşaviri Oleksandr Danilyuk tərəflər arasında sülh danışıqlarının perspektivlərini şərh edərkən bildirib.

"Onların siyasi məqsədi dünyanın güvənlik arxitekturasını məhv etmək, yaxud yenidən işə salmaqdır. Mənim proqnozum: Rusiya danışıqlardan Qərbin Ukraynaya dəstəyini azaltmaq üçün istifadə edəcək və özünün Qərbə qarşı qorxunc xaç yürüşünü davam etdirəcək",- o, qeyd edib.

"Artıq geriyə, normallığa dönüş yoxdur. Bu, Qərbin ya qalib, ya da məğlub ola biləcəyi qlobal savaşdır", - Danilyuk bu sözləri də vurğulayıb.

Öz növbəsində Ukrayna da Qərbin səbrinin azalmasından narahatdır. Bir çox rəsmilər Tramp administrasiyasının dəstəyi azaltmaq niyyətinin son nəticədə Kiyevi “avtobusun altına atmaq” demək olacağından rahatsızdır.

"Putinə güzəştə getmək, geri addım atmaq… gərəkdiyi barədə çox danışılır. Bu, Ukrayna üçün qəbuledilməzdir, bütün Avropa üçünsə intihar deməkdir", - Zelenski noyabrın 7-də Avropa Siyasi Birliyinin görüşündəki çıxışında belə deyib.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-11-18 18:26:30

Çoxları bu muharibəni adi sayırdı,bax rusya bu muharibədə qalib olmasa özünü yer üzündən silinmək kimi qələmə alır və bu təbliğatlada bütün rusyanı nüvə muharibəsinə inandırır,eynilə qərbdə əsasəndə avropa rusya kimi çıxış edir,zarafat-zarafat günlərin birində bu nüvə həqiqətə çevrilər bu mütləq olacaq,taa əvvəldən yazmışdım rusa bəşəri insanlığı subut etmək sadəlövlükdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol