Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın işi ilə bağlı keçirilən məhkəmə prosesində eks-millət vəkilinin ürəyi gedib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmədə qəfildən səhhəti pisləşən Gülər Əhmədova huşunu itirib.
Məhkəmə prosesi bu səbəbdən təxirə salınıb. Növbəti məhkəmə iclası isə və noyabrın 25-də baş tutacaq.


Şərhlər