Menu

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib

19.11.2024, 15:00
Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Pənçə-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Nazirlikdən qeyd edilib ki, terrorçulara qarşı mübarizə sonadək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol