Menu

"Komaya düşüb" deyilən Xameneinin yeni görüntüləri yayılıb - VİDEO

20.11.2024, 21:09
"Komaya düşüb" deyilən Xameneinin yeni görüntüləri yayılıb - VİDEO

İsrail KİV-lərinin İranın Ali dini lideri Seyid Əli Xameneinin komaya düşdüyü ilə bağlı önə sürdüyü iddialar yalan çıxıb.

"AzPolitika" xəbər verir ki, İran mediası Xemeneinin yeni görüntülərini paylaşıb. Paylaşımda Ali rəhbərin İranın Livandakı Müctəba Əmani ilə görüşdüyü anların videosu yer alıb. 

Sentyabr ayında Livanda rabitə cihazlarında (peycerlər) baş verən partlayışlar nəticəsində gözündən yaralanan Əmani Xameneyi ilə görüşündə səhhətindən bəhs edib.

“Sağ gözümün yarısı görür. Sol göz yaxşı vəziyyətdədir, ancaq iltihab var”, - deyə o, bildirib.

Xatırladaq ki, İsrail və ABŞ KİV-lərində yer alan bir sıra xəbərlərdə Xameneinin öldüyü, yaxın günlərdə bu barədə İran xalqına məlumat veriləcəyi ilə bağlı iddialar səsləndirilmişdi. 

"AzPolitika.info"

Şərhlər

Faiq 2024-11-20 16:32:05

Kaşşey bezsmertniy

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol