Menu

Müsavat partiyasına mitinq icazəsi verildi

12.12.2014, 11:45

mitinq_1_07mOCYAAjh0nBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, qurum müraciəti araşdırıb və mitinqə razılıq verib: “Mitinqin saat 15:00-dan 17:00-a qədər keçmiş “Məhsul” stadionunda keçirilməsi məqsədəuyğun hesab edilib”.

Qeyd edək ki, Müsavat Partiyası 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol