Menu

SABİQ DİREKTORA YENİ VƏZİFƏ VERİLDİ - Nazir əmr imzalayıb

22.11.2024, 20:18
SABİQ DİREKTORA YENİ VƏZİFƏ VERİLDİ - Nazir əmr imzalayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib.

"AzPolitika"-nın "qaynarinfo"-ya istinadən  verdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Fikrətzadə Firdovsi Fikrət oğlu Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib.

Qeyd edək ki, Firdovsi Fikrətzadə bu ilin avqust ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru vəzifəsindən azad edilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol