Menu

Nəqliyyat Nazirliyini pula görə məhkəməyə verdilər

12.12.2014, 12:35
Nəqliyyat Nazirliyini pula görə məhkəməyə verdilər

Azərbaycanda nazirlik və bəzi digər dövlət qurumları məhkəməyə verilib.

Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və “Azərbaycan Dəmir Yolları” QSC-si, eləcə də Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi, Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verilən qurumlar sırasındadır.

Həmin qurumlardan şikayətçi isə Abdulov Şahlar Ağasalam oğlu və qeyriləridir. Vətəndaşlar kompensasiyanın, maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol