Menu

İsrailin Afinadakı səfirliyi güllə-baran edildi

12.12.2014, 13:11
İsrailin Afinadakı səfirliyi güllə-baran edildi

İsrailin Yunanıstanda yerləşən səfirliyi avtomat silahlardan atəşə tutulub.

Musavat.com-un məlumatına görə, İsrail səfirliyi Afinanın ən yaxşı müdafiə olunan yerlərindən biridir. Səfirliyə iki motosikletli şəxs tərəfindən hücum edildiyi iddia edilib. Lakin onların kimliyi müəyyən olunmayıb. Güllə binanın divarlarında iz buraxsa da, ölən və yaralananların olmadığı bildirilib.

Afina polisi cinayətkarların tapılması üçün dərhal hərəkətə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol