Menu

Sumqayıtda “Bəy hamamı”nda yanğın məhdudlaşdırılıb

25.11.2024, 21:39
Sumqayıtda “Bəy hamamı”nda yanğın məhdudlaşdırılıb

Sumqayıt şəhərində “Bəy hamamı” yanır. “Report” xəbər verir ki, hadisə Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol