Menu

"Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir" - Sahil Babayev

27.11.2024, 13:09
"Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir" - Sahil Babayev

Biz pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyasını aparırıq.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır: “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57 % yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.

Şərhlər

Pensiyaçı 2024-11-27 18:47:38

Bu14.8 ili kim hansı ağılla müəttən edib?Azərbaycanda indiki yaşam şəraitində insanların neçə faizi 65 yaşa qədər vəfat edir? 65 yaşında pesiyaya şıxan vətəndaş 14.8 ildən sonra intihar etməlidir ki.hökimiyyət vətəndaşına sahib çıxmayacaq? Bu hansı məntiq və hummanizmlə tənzimlənən qırardır ki,79.8 yaşdan sonra vətəndaş yaşamalı deyil.Bu ağılda olan məmurların əməllərini niyə Prezident Aparatı izləmir7

Eli 2024-11-27 13:44:42

Hörmetli nazir ne eksperiment aparır bilmirem,fakt ondan ibaretdir ki bşz bu gün dünyada yox en taxın qonşulatımızdan da aşağı meblepde pensiya alırıq ki ,bu minimium telabatkarı bele ödemir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol