Menu

Milli Məclisə yeni avtomobillər alınıb

27.11.2024, 15:14
Milli Məclisə yeni avtomobillər alınıb

Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası”nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib: “Bundan başqa Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir”.

Şərhlər

Roma 2024-11-27 17:47:02

Bu məsələ məni də çoxdan narahat edirdi, fikir edirdim ki, Mİlli Məclis nəqliyyat sarıdan çox pis təchiz olunub...beləliklə, şükür olsun ki, məsələ gec də olsa həllini tapdı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol