Menu

"Azərbaycan və NATO arasında əməkdaşlığa töhfə verdiyimizə görə şadıq" - ABŞ səfirliyi

27.11.2024, 15:20
"Azərbaycan və NATO arasında əməkdaşlığa töhfə verdiyimizə görə şadıq" - ABŞ səfirliyi

ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəsinin Azərbaycan ilə NATO arasında əməkdaşlığa töhfə verməsindən məmnunluğunu ifadə edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“Tbilisidəki NATO-nun Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovla görüşməkdən məmnunam. 30 ildir davam edən Sülh Naminə Tərəfdaşlıq proqramı vasitəsilə Azərbaycanın NATO ilə əməkdaşlığını dəstəkləməkdən qürur duyuruq”, - səfir Mark Libbi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol