Menu

Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb

30.11.2024, 08:43
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb

Rusiya sərhədinə yaxın Finlandiyada 2,8 min hərbçinin iştirakı ilə təlimlər başlayıb.

“Report” xəbər verir ki, təlimlər noyabrın 30-dan dekabrın 4-dək Kayanilə Kuhmo şəhərlərinin Vuosanka və Sotinpuro poliqonlarında keçiriləcək.

Təlimlərə 2,8 min hərbçi, 600 nəqliyyat və döyüş hərbi texnikası, “NH90” və “MD 500” helikopterləri cəlb edilib.

Hərbçilər hücuma və müdafiəyə hazırlaşmaq, qış mövsümündə qaranlıq zamanı irəliləyən düşmənin hücumunun qarşısını almaq üçün məşqlər edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol