Menu

“Müharibənin tezliklə bitməsini istəyiriksə”... - Zelenski əsas şərtini açıqladı

30.11.2024, 13:00
“Müharibənin tezliklə bitməsini istəyiriksə”... - Zelenski əsas şərtini açıqladı

Ukraynanın qalan hissəsi NATO üzvlüyünün “çətiri altında” qalacağı təqdirdə, Kiyev ruslar tərəfindən işğal edilmiş ərazilər azad edilmədən atəşkəsə hazırdır.

“AzPolitika” xəbər verir ki, bunu Britaniyanın “Sky News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun fikrincə, Ukraynanın işğal olunmamış hissəsinin NATO-ya üzvlüyü “müharibənin qaynar mərhələsinə son qoya bilər”. Lakin bir şərtlə ki, NATO Ukraynanın 1991-ci il sərhədlərini tanımağa davam etsin: “Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bunu tez etməliyik. Bundan sonra isə Ukrayna (işğal olunmuş) ərazilərini diplomatik yolla geri qaytara bilər”.

Prezident qeyd edib ki, “Ukraynanın qalan hissəsini ələ keçirmək üçün Putinin geri qayıtmayacağına zəmanət verə biləcək atəşkəs lazımdır”.

Ukrayna liderinin sözlərinə görə, NATO Ukraynanın Kiyevin nəzarətində qalan hissəsini “dərhal” əhatə etməlidir. Onun fikrincə, bu, “çox zəruridir”, əks halda ruslar bir müddətlik atəşkəsdən sonra yenidən hücuma keçməyə çalışacaqlar.

“AzPolitika.info”

Şərhlər

Eli 2024-11-30 13:46:33

ABŞ- ın ve Qerbin telesine düşenler onların maraqları tam temin olunmayana qeder bu teleden xilas ola bilmezler.Neden bu yehudi balasını dünyanı şsare edecek gücde okan milletinin başbilenleri başa salmaq istemeyibler.Axı millionlarla günahsuz insanlar bu haqsızlıpın qurbanı olurlar ki bu da heç bir mentiqe sığmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol