Menu

Tramp dollardan imtina edən BRICS-i təhdid edib: Onların dolları əvəz etməsi ehtimalı yoxdur

01.12.2024, 00:31
Tramp dollardan imtina edən BRICS-i təhdid edib: Onların dolları əvəz etməsi ehtimalı yoxdur

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRICS üzvlərinə meydan oxuyub.

“Report” xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb

“BRICS ölkələrinin biz kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi. Bu ölkələrdən tələb edirik ki, ya yeni BRICS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda 100 % gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Başqa “hərif” tapa bilərlər!”, – o qeyd edib.

Respublikaçının fikrincə, təşkilatın “beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi ehtimalı yoxdur”. Onun sözlərinə görə, bunu etmək istəyəcək “hər bir ölkə Amerika ilə vidalaşmalıdır”.

Şərhlər

Oxucu. 2024-12-01 19:19:07

Vallah-Billah qatar tərpənib,alınmaz qala sayılan ABŞ- nın gələcəyini iqtisadi və siyasi cəhətdə xilas etməyin yolu yoxdur.Bəzilərinə elə gəlir qərb və avropa rusyanı bu muharibəyə məcbur etdi,bəlkədə reallığ əksini göstərir,bu gün ABŞ- ın talehi sovet ittifaqının talehinə oxşayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol