Menu

Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb - İrakli Kobaxidze

01.12.2024, 14:23
Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb - İrakli Kobaxidze

Dünən 12 nazir təyin edilib və bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni hökumətin formalaşdırılması prosesi başa çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Hökumət başçısı 14 dekabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini, bundan sonra isə bütün konstitusion orqanların gürcü xalqının çoxluğunun iradəsinə uyğun olaraq komplektləşdiriləcəyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol