Menu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

02.12.2024, 09:18
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

Ehtiram Paşayev idarə etdiyi "Chevrolet Cobalt" markalı avtomobillə piyada Nurəddin Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol