Menu

Rusiyanın hərbi fəallığı artır

12.12.2014, 16:44
Rusiyanın hərbi fəallığı artır

Polşanın müdafiə naziri Tomasz Siemoniak (Tomaş Semonyak) Baltik dənizi ətrafında Rusiyanın hərbi fəallığının görünməmiş dərəcədə artığını deyir.

O bunu yerli televiziyaya müsahibəsində deyib.

Nazir qeyd edib ki, Polşa NATO-nun üzvüdür və hücum təhlükəsində deyil və Rusiyanın bu manevrləri görünür regiondakı NATO qüvvələrinin reaksiyasını yoxlamaqdır.

O bildirib ki, Polşanın ABŞ-dan uzaq mənzilli rakelər alması məhz regiondakı indiki gərginilk üçün lazımdır.

Nazir dekabrın 11-də ABŞ-la müqavilənin imza mərasimində deyib ki, bu Polşanın indiyədək aldığı ən müasir hərbi texnikadır.

250 milyon dollarlıq sistemə hava-yer tipli 40 raket daxildir və F-16 tipli qırıcı təyyarələrlə təhciz olunub.

Bu raket kompleksi Polşaya gələn il gətiriləcək, 2017-ci ildən isə hərbi keşik çəkməyə başlayacaq. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol