Ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatlarının rəhbər vəzifələri xeyli vaxtdır ki, boşdur. Belə ki, bir sıra sabiq məmurlar deputat seçildikləri üçün vəzifələrindən azad ediliblər. Bəzi şəxslər isə vəzifələrindən azad olunsalar da, onların yerinə yeni şəxs təyin olunmayıb.
"AzPolitika" Bizim.Media-ya istinadən kreslosu boş qalan məmurların siyahısını təqdim edir:
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş "Azərsu) İdarə Heyətinin sədrinin kreslosu boşdur. Sabiq sədr Köçərli Həsənov bu ilin sentyabrında vəfat edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsi də öz sahibini gözləyir. Nəzərə alaq ki, sabiq sədr Şahin Seyidzadə sentyabrın 20-də keçirilən parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Sabiq icra başçısı Asif Əsgərov VII çağırış Milli Məclisə deputat seçildiyi üçün Dövlət başçısının 23 sentyabr 2024-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib
Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur. Söhbət icra hakimiyyətinin rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.


Şərhlər
boş yerlər boş odluqda da heç nə dəyişmir.Bakı şəhər icra hakimiyyəti nə 4-5 müavin nəyə gərəkdir?Fakt göstərir ki,bu yerlər-ştatlar şişirdilmiş və mənasızdır.ştatlar ixtisar edilməlidi.Çünki Bakıda bütün rayonlara icra hakimiyyətləri və onların mavunləri oluğu hala şəhər icra hakimiyyətinə müavinlər yox.sadəcə məlumatları toparlamaq üçün maliyyəçi-hesabdar yetərlidirOnsuz da Bakı İcra Hakimiyyəti boş,fatdasız qurumdur.