Menu

Ermənistandan Rusiyanı qəzəbləndirəcək növbəti addım – Papikyan Vaşinqtona səfərə gedir...

03.12.2024, 11:33
Ermənistandan Rusiyanı qəzəbləndirəcək növbəti addım – Papikyan Vaşinqtona səfərə gedir...

Ermənistanın Müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-yə işgüzar səfərə gedib.

“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, Papikyanın səfərinin gündəliyinin təfərrüatları açıqlanmır.

Ermənistan və ABŞ Ermənistanda iki dəfə birgə hərbi təlimlər keçirib. Onlardan biri ötən ilin sentyabrında 85 amerikalı, 175 erməni hərbçisinin iştirakı ilə, digəri isə bu ilin iyulunda olub.

Moskva Ermənistan - Rusiya gərginliyi konteksində erməni-amerikan hərbi təlimlərini narahatedici hesab edərək mütəmadi olaraq tənqid edib.

Maraqlıdır, Kremlin nazir Papikyanın məğzi açıqlanmayan Vaşinqton səfərinə reaksiyası necə olacaq?

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-12-03 13:16:57

Kremli bizdən başqa artıq heç kim saymır .Ermənilər öz başlarına gələnin Əsədində başına gətrildiyini görür ,rusdan qaçır ,bilir ki ,rus istənilən vaxt öz müttəfiqlərini satır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol