Menu

“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı

12.12.2014, 17:37
“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı

“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb: “Binəqədi rayon Məhkəməsinin qərarı ilə A. Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apellyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol