Cənubi Koreya müxalifətinin lideri Li Çje-Mön hərbçiləri və polisi ölkə rəhbəri Yun Sok Yölün əmrlərinə tabe olmamağa çağırıb.
APA xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.
“Prezidentin ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı verdiyi qanunsuz sərəncamlar Konstitusiyanın və qanunun açıq şəkildə pozulmasıdır. Prezidentin bu cür qanunsuz göstərişlərini yerinə yetirməyin özü qanunsuz əməldir,” - Li Çje-Mön qeyd edib.
O, həmçinin hərbi qulluqçuları və polis əməkdaşlarını qanuni vəzifələrini yerinə yetirməyə çağırıb.


Şərhlər
Yəqin bu muxalifətidə putin idarə edir,deyəndəki,artıq qərbin " demokratiyasına" inanmırlar bəziləri ağız bürcüdür,bu pərdə altında millətləri,dövlətləri bir-birinə qarşı vuruşdurur və nəticədə yaxşı vəsait qazanır,bunuda həmin dövlətlər artıq anlayırlar,yəni qərbin " demokratiyası" sssrinin komunizmasına bənzəyir və onu təkrarlayır.