Menu

"Xamenei belə bir əmr verməyib" - Pezeşkian bu xəbəri təkzib etdi

04.12.2024, 17:08
"Xamenei belə bir əmr verməyib" - Pezeşkian bu xəbəri təkzib etdi

“Xamenei belə bir əmr verməyib”.

"AzPolitika" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabından etdiyi paylaşımda sosial şəbəkə məhdudiyyətlərindən danışarkən deyib.

O, ölkədə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərdən və bunun aradan qaldırılmasından söz açıb. 

“Ali rəhbər Əli Xamenei mənə dedi ki, o, sosial şəbəkələrə məhdudiyyət qoysulmasına göstəriş verməyib, əksinə sosial medianın idarə edilməsini tapşırıb. Bu baxımdan hakimiyyət qollarının rəhbərləri arasında ümumi razılıq əldə etməli idik ki, bunu da etdik. İranın Ali Kiberməkan Şurası ilə də razılığa gəlməyə çalışırıq”, - deyə, Pezeşkian qeyd edib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol