Menu

İpoteka üçün daha 100 milyon manat – “Güzəştli şərtlərlə kreditlərin portfeli genişləndirilir”

05.12.2024, 17:42
İpoteka üçün daha 100 milyon manat – “Güzəştli şərtlərlə kreditlərin portfeli genişləndirilir”

“Gələn il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Bu o deməkdir ki, növbəti il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. Bu həmçinin daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir”.

“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Ekspert xatırladır ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

“Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur”, - o, əlavə edib.

V.Bayramovun sözlərinə görə, bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur.

“Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir”, - millət vəkili vurğulayıb.

Xatırladaq ki, undiyədək fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.

“AzPolitika.info”

Şərhlər

Rasim Quliyev 2024-12-06 00:14:06

4% 150000 və 8%200000 olsa əla olar.100000 ev düşmür indi

Anar 2024-12-05 21:53:18

Güzəştli ipoteka 8 faizlə yox 4 faiz ilə verilir.

Elşən 2024-12-05 18:49:54

Xalqı düşünüb ipateka verən dövlət faizləri aşağı salmalıdır 8% ilə yox 5 % ilə versin . Necə olur ki özəl şirkətlər 5% ilə ipateka vermək xeyir edir dövlətə xeyir eləmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol