Menu

Ruslar Donbassda dörd yaşayış məntəqəsini işğal ediblər – “DeepState”

06.12.2024, 12:08
Ruslar Donbassda dörd yaşayış məntəqəsini işğal ediblər – “DeepState”

Rusiya Silahlı Qüvvələri Kuraxovski istiqamətində - Starye Ternı, İlyinka, Novodmitrovka yaşayış məntəqələrini işğal edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.

Məlumata görə, rus ordusu həmçininDonetsk vilayətinin bir neçə yaşayış məntəqəsi istiqamətində - xüsusilə, Kuraxovonun özündə, eləcə də Romanovkada və Uspenovka yaxınlığında irəliləyişə nail olub.

Qeyd olunub ki, rus ordusu hər zəbt olunmuş kilometrə görə 53 əsgərini itirib. Ümumilikdə, noyabrda ruslar rekord sayda - 45 690 itki verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol