Menu

"Tbilisidəki etiraz aksiyasında 14 nəfər yaralanıb" - Gürcüstan Səhiyyə Nazirliyi

08.12.2024, 19:32
"Tbilisidəki etiraz aksiyasında 14 nəfər yaralanıb" - Gürcüstan Səhiyyə Nazirliyi

Ötən gün Tbilisidəki etiraz aksiyasında xəsarət almış 14 nəfər xəstəxanaya yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 10-u etirazçı, 2-si media nümayəndəsi və 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Hazırda klinikalarda üç zərərçəkən müalicə alır, onların baş və bədən nahiyəsində xəsarətləri var, həyatlarına heç bir təhlükə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol